Gürcüstanda məşhur fırıldaqçı saxlanılıb | VİDEO

   Gürcüstanda məşhur fırıldaqçı saxlanılıb    | VİDEO
  15 Sentyabr 2025    Oxunub:709
Netflix-in “Tinder Scammer” sənədli filminin baş qəhrəmanı Simon Levayev (əsl adı Şimon Yehuda Hayut) Gürcüstanda həbs edilib.
AzVision.az Gürcüstanın Daxili İşlər nazirliyinin məlumatına istinadən xəbər verir ki, Simon Levayevin saxlanılması barədə İnterpolun “qırmızı order”i mövcuddur.

35 yaşlı İsrail vətəndaşı Batumi hava limanında saxlanılıb. O, bir sıra cinayətlərdə ittiham əsasında axtarışa verilib.

“Levayev “Tinder” proqramı vasitəsilə qadınlarla tanış olub, özünü almaz maqnatının varisi kimi təqdim edib. Bu yolla qnların etimadını qazanan İsrail vətəndaşı onlardan külli miqdarda pul qoparmaq üçün müxtəlif üsullardan istifadə edib”, - istintaqın materiallarında bildirilir.

Onun fəaliyyətinin miqyası geniş ictimaiyyətə 2022-ci ildə Simon Levayevlə bağlı real cinayət işlərinə əsaslanan Netflix sənədli filminin nümayişindən sonra məlum olub.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Gürcstan   fırıldaqşı   həbs  



Xəbər lenti